Mətbuat Şurasının Nizamnaməsi dəyişdi

Mətbuat Şurasının Nizamnaməsi dəyişdi
  10 Mart 2018    Oxunub:1905
Azərbaycan Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib.
AzVision.az-ın məlumatına görə, bu barədə Mətbuat Şurasının VII qurultayında qərar qəbul olunub.

Belə ki, Şuranın Nizamnaməsinə İdarə Heyətinin üzvlərinin genişləndirilməsi ilə bağlı dəyişiklik olub. Dəyişikliklə Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq.

Bununla da, İdarə Heyətinin 23 üzvü olacaq. Əvvəlcə bu rəqəm 17 idi.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:   Nizamnamə  





Xəbər lenti