Prezidentdən Vasif Talıbovun oğlu ilə bağlı sərəncam

Prezidentdən Vasif Talıbovun oğlu ilə bağlı sərəncam
  16 Mart 2018    Oxunub:6819
Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncama əsasən Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına isə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib:

Talıbov Rza Vasif oğlu –Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi

Nəbiyev Şahin Hidayət oğlu - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi

Qeyd edək ki, Rza Talıbov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun böyük oğludur.



AzVision.az


Teqlər: İlham-Əliyev   DMX  





Xəbər lenti