Bu gün 3 ölkənin müdafiə nazirləri görüşəcək

Bu gün 3 ölkənin müdafiə nazirləri görüşəcək
  31 Mart 2018    Oxunub:2026
Bu gün Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
AzVision.az xəbər verir ki, Türkiyənin Giresun şəhərində baş tutacaq görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın müdafiə naziri Levan İzoria iştirak edəcək.

Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib. Nazir səfər zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurəddin Canikli, Silahlı Qüvvələri Baş Qərargah rəisi ordu generalı Hulusi Akar, Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demirlə görüşlər keçirib. Görüşlərdə ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Zakir-Həsənov   Türkiyə  





Xəbər lenti