"İran İsraili dövlət kimi tanımayacaq" - XİN rəhbəri

"İran İsraili dövlət kimi tanımayacaq" - XİN rəhbəri
  06 Aprel 2018    Oxunub:1150
"İsrail Qəzza zolağını blokadada saxlamaqla, Fələstin torpaqlarının işğalını davam etdirməklə beynəlxalq hüquqi kobud şəkildə pozur. İsrail sadə fələstinlilərin hüquqlarını pozmaqda davam edir".
AzVision.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Bakıda keçirilən Fələstin üzrə Nazirlər Komitəsinin iclasında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

XİN rəhbəri bildirib ki, İran Fələstinə görə İsraili dövlət kimi tanımır: "Cümə günü Qəzza zolağında fələstinlilərə qarşı daha bir zorakılıq aktı qeydə alınıb. 20-dən çox fələstinli qətlə yetirilib, 200-ə yaxın insan yaralanıb. Onların əksəriyyətini qadın və uşaqlar təşkil edir. Biz fələstinli qardaşlarımızı dəstəkləməyə davam edəcəyik. İran fələstinli qardaşlarına dəstək olaraq İsraili dövlət kimi tanımamağa davam edəcək".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti