“Prezident seçkilərinə müdaxilə cəhdləri olub” - Məzahir Pənahov

“Prezident seçkilərinə müdaxilə cəhdləri olub” - Məzahir Pənahov
  09 Aprel 2018    Oxunub:5327
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri bəyan edib ki, prezident seçkilərinə müdaxilə cəhdlərinin olmamasını demək sadəcə sadəlövhlük olardı.
AzVision.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov “RİA Novosti”yə müsahibəsində deyib.

“Əgər müdaxilə cəhdlərinin olmadığını desək, bu, sadəlövhlük olardı. Təəssüflə qeyd edə bilərəm ki, müdaxilə cəhdləri, istəkləri bugünkü dünyanın reallığına çevrilib”, - deyə M.Pənahov qeyd edib.

MSK sədri, eyni zamanda seçki prosesinə müdaxilə etmək istəyənlərə buna cəhd etməməyi də məsləhət görüb. O, vurğulayıb ki, əvvəlki illərdə bu cür müdaxilələr uğursuzluğa düçar olub. Çünki onlarda ciddi sosial baza olmayıb.

M.Pənahov, həmçinin bildirib ki, MSK seçkiqabağı kampaniya zamanı ciddi pozuntular aşkarlamayıb.

Qeyd edək ki, Azərbaycanda 11 aprel tarixində prezident seçkiləri keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: MSK  





Xəbər lenti