İlham Əliyev: "Keçdiyimiz yol şərəfli yoldur"
Ölkə başçısı bildirib ki, bu gün Azərbaycan dünyanın ən rəqabətli ölkələri sırasındadır. Rəqabət qabiliyyətliyə görə 35-ci yerdəyik.
"Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı olub. Onun problemləri, qayğıları, onun rifahı. Son 15 il ərzində maaşlar və pensiyalar 7-8 dəfə artıb. Bu siyasət bundan sonra da davam etdiriləcək. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Biz ən qabaqcıl texnologiyaları ölkəmizə gətiririk, tətbiq edirik və texnoloji elmi inkişaf gələcək fəaliyyətimiz üçün də əsas prioritetlərdən biri olacaq. Bir sözlə, bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir. O layihələr ki, Avrasiyanın enerji və nəqliyyat xəritələri yenidən tərtib olunur. Yəni bizim təşəbbüsümüzlə, bizim fəal iştirakımızla. Heç vaxt bu günə qədər Azərbaycan dövləti bu qədər güclü olmayıb. Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quracağıq.
Keçdiyimiz yol şərəfli yoldur. Qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru, irəli!"- Prezident müraciətində vurğulayıb.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: