Hərbi Dəniz Qüvvələrinin komandan əvəzi İrana gedib

  23 Aprel 2018    Oxunub : 397
Hərbi Dəniz Qüvvələrinin komandan əvəzi İrana gedib
Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərində keçirilən Hind okeanı sahili ölkələrinin Hərbi Dəniz Qüvvələrinin 6-cı simpoziumunda iştirak edir.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aprelin 25-dək davam edəcək simpoziumda dünyanın 35 ölkəsini təmsil edən donanma komandanları tərəfindən dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıq, regional dəniz problemləri və üzv dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyəti, həmçinin simpoziumla eyni vaxtda təşkil olunan Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin komandanlarının 3-cü iclasında da iştirak edəcək. İclasda regional təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyətlərə dair fikir mübadiləsi aparılacaq.

AzVision.az

Teqlər: MN   İran