İlham Əliyev Tereza Meylə görüşüb - FOTOLAR (Yenilənib)

  26 Aprel 2018    Oxunub : 1022
İlham Əliyev Tereza Meylə görüşüb - FOTOLAR (Yenilənib)
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub.
Daha sonra Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb

Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzalayıblar.

***

Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri aprelin 26-da başa çatıb.















AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   Tereza-Mey