Qulluğa qəbul olunanlar and içdi

Qulluğa qəbul olunanlar and içdi
  28 Aprel 2018    Oxunub:1152
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində orta rəis heyətinə qulluğa qəbul edilən 37 əməkdaşın andiçmə mərasimi keçirilib.
Bu barədə AzVision.az-a Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Xidmət rəhbərliyi tərəfindən Penitensiar xidmətdə qulluq keçmənin fəaliyyət istiqamətləri barədə gənc əməkdaşlara məlumat verilib, onlara gələcəkdə çətin və şərəfli fəaliyyətlərində vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə dönmədən riayət etmək, dövlət idarəçiliyinin mühüm sahələrindən biri olan ədliyyə orqanlarında vicdanla, dövlətə və xalqa sədaqətlə xidmət etmək, ədliyyə işçisi adını daima uca tutmaq tövsiyə olunmuş və xidməti vəsiqələr təqdim edilib.

AzVision.az


Teqlər: Penitensiar-xidmət  





Xəbər lenti