Yeni komitə sədri yataqxanada köçkünlərlə görüşdü - FOTO

Yeni komitə sədri yataqxanada köçkünlərlə görüşdü - FOTO
  01 May 2018    Oxunub:3165
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Texniki Universitetinin Bakı şəhəri Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında yerləşən yataqxanalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Komitədən AzVision.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri vəziyyətlə yerində tanış olub, orada yaşayan məcburi köçkünlərin problemlərini dinləyib, yataqxananın zirzəmi hissəsində yerləşən və nəmişlikdən yararsız vəziyyətə düşmüş otaqlara baş çəkib.

Görüşdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məcburi köçkünlərin problemlərinin həllinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu bildirib.

R. Rzayev yataqxanada məskunlaşmış məcburi köçkünləri mayın 15-də Dövlət Komitəsində görüşə dəvət edib. Dövlət Komitəsinin sədri deyib ki, görüşün məqsədi məcburi köçkünlərin problemlərini daha dərindən öyrənməkdir.







AzVision.az


Teqlər: Komitə   Rövşən-Rzayev  





Xəbər lenti