“Xırdalan dairəsi” bağlanacaq

“Xırdalan dairəsi” bağlanacaq
  10 May 2018    Oxunub:4358
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində “Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq bu gün saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

“Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. Sürücülərdən həmin istiqamətdə qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - məlumatda qeyd olunub.

AzVision.az


Teqlər: BNA   yol   Xırdalan  





Xəbər lenti