Xələf Xələfovdan Paşinyanın bəyanatına münasibət
“Artıq danışıqlar formatı təsdiqlənib. ATƏT çərçivəsində format bəyan olunub. Danışıqlarda münaqişə tərəfi kimi Ermənistan və Azərbaycan, vasitəçi kimi Fransa, ABŞ və Rusiya iştirak edir. Biz inanırıq ki danışıqlar bu formatda da davam etdirilməlidir.
Torpaqlarımızın tezliklə işğaldan azad olunması bir nömrəli məsələ kimi danışıqların mövzusu olacaq. Əvvəllər də belə cəhdlər olub. Lakin bu, real deyil, cəfəngiyatdır, danışıqlar prosesinə uyğun gəlmir. Dağlıq Qarabağ işğal olunmuş Azərbaycan ərazisidir və müzakirə predmeti deyil. Gündəlikdə olan vacib məsələlərdən biri də məcburi köçkünlərin işğal olunmuş torpaqlara qayıtmasıdır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bu bəyanatla Ermənistanın yeni baş naziri Nikol Paşinyan çıxış edib. (APA)
AzVision.az
Teqlər: XİN Xələf-Xələfov Paşinyan Qarabağ