"İmtahan nəticələri ötənilki səviyyədədir" - DİM sədri:

  17 May 2018    Oxunub : 748
 "İmtahan nəticələri ötənilki səviyyədədir" - DİM sədri:
"Mayın 13-də I və III qruplar üzrə keçirilən qəbul imtahanının nəticələri ötən ilki səviyyədədir".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədr bildirib ki, DİM iki mtahanın nəticələri əsasında ən yüksək nəticəni nəzərə alır: "Ötən ilin nəticələrini təhlil etdikdə gördük ki, ikinci imtahanlarda iştirak edənlərin nəticəsi 20 faiz artmışdı. Bu da o deməkdir ki, builki yaz imtahanının nəticələri yay imtahanında orta hesabla 20 faiz artacaq".

M.Abbaszadə qeyd edib ki, bəlkə bu il daha fərqli olacaq: "Çünki ötən il biz abituriyentlərə imkan vermişdik ki, bir qrupda iki dəfə imtahan versin. Amma bu il abituriyentlərə birinci dəfə iştirak etdiyi qrupu dəyişmək imkanı vermişik. Belə ki, yaz imtahanlarında II ixtisas qrupunda imtahan verən abituriyentlər yay imtahanında III qrup üzrə imtahanda iştirak edə bilir. Bu baxımdan biz hələ bilmirik ki bu dəyişmələr necə olacaq və nəticələrə necə təsir edəcək. Yalnız iki sessiya başa çatdıqdan sonra hansısa fikir söyləmək olar".

Aytən Zəhra
AzVision.az

Teqlər: DİM   İmtanah   Qəbul