3 alpinist Qubada niyə həlak olub? - Alim səbəbini açıqladı
AzVision.az xəbər verir ki, bunu “Trend”ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
M.Həsənov əlavə edib ki, Böyük Qafqaz dağlarının ən yüksək hissələri olan Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağda çox tez-tez qar uçqunları baş verir:
“Həmin qar ucqunları çox böyük qar kütləsinin zirvədən aşağıya doğru böyük sürətlə axmasına səbəb olur. Qarın toplaşdığı belə yerlərdə qarın hündürlüyü daha yüksək olur”.
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.
Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.
AzVision.az