"Biz heç bir ölkənin daxili işinə qarışmırıq" - İlham Əliyev

"Biz heç bir ölkənin daxili işinə qarışmırıq" - İlham Əliyev
  27 May 2018    Oxunub:1874
"İşğalçı Ermənistandan başqa bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Əksinə, bizim bütün ölkələrlə əlaqələrimiz inkişaf edir"

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan regional əməkdaşlıq formatında çox fəal çalışır: "Biz regional əməkdaşlıq formatlarının yaradılmasına çalışmışıq və demək olar ki, buna nail ola bilmişik. Bizim təşəbbüsümüzlə hazırda bölgədə dörd üç və dördtərəfli regional əməkdaşlıq formatı mövcuddur. Biz bu əməkdaşlıq formatlarının təşəbbüskarı olmuşuq. Onların çox praktiki mənası var. Bu əməkdaşlıq bu formatlarda iştirak edən bütün ölkələr üçün faydalıdır. Biz bu işi davam etdirəcəyik. Biz bu bölgədə yaşayırıq və əlbəttə, bölgədə sülhün, sabitliyin təmin edilməsi, o cümlədən beynəlxalq əməkdaşlıqdan asılıdır. İşğalçı Ermənistandan başqa bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Əksinə, bizim bütün ölkələrlə əlaqələrimiz inkişaf edir. Bu əlaqələr bərabərhüquqlu əlaqələrdir, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq əsasında formalaşan əlaqələrdir. Biz heç bir ölkənin daxili işinə heç vaxt qarışmamışıq və qarışmırıq. Əlbəttə ki, eyni yanaşmanı bütün ölkələrdən gözləyirik və bunu təmin edirik. Ona görə regional çərçivədə əməkdaşlıq əlbəttə ki, ikitərəfli əlaqələrin üzərində qurulubdur. Biz bu ikitərəfli əlaqələri çoxtərəfli əlaqələrə çevirə bilmişik".

Ölkə başçısı vurğulayıb ki, bu gün bizim təşəbbüsümüzlə həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələrinin uğurla icra edilməsi, o cümlədən regional vəziyyətdən də asılıdır: "Biz bu vəziyyəti özümüz dəyişdiririk, müsbətə doğru dəyişdiririk. Bizim xarici siyasət konsepsiyamızda qarşılıqlı faydalı əməkdaşlıq xüsusi yer tutur. Biz hesab edirik ki, qonşu ölkələr, dost ölkələr bir-birinə kömək etməlidir, bir-birinin problemlərini qəbul etməlidir və birgə səylərlə problemlərin həlli işində çalışmalıdırlar".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti