Araz Əlizadə həmsədr seçildi

Araz Əlizadə həmsədr seçildi
  28 May 2018    Oxunub:1815
25-26 may tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində Sosialist İnternasionalın MDB, Qafqaz və Qara dəniz ölkələri komitəsinin iclası olub.
AzVision.az-ın məlumatına görə, iclasda komitə həmsədrliyinə seçkilər keçirilib.

Səsvermənin nəticələrinə əsasən, komitəyə üç həmsədr şeçilib. Yeni seçilən həmsədrlər Azərbaycandan Araz Əlizadə, Macarıstandan Aleksandra Dobolyi və Belarusiyadan Nikolay Statkeviçdir.

Qeyd edək ki, bundan əvvəl komitədə iki həmsədr - Macarıstandan Aleksandra Dobolyi və Ermənistandan Armen Rustamyan olub.

AzVision.az


Teqlər: Sosintern   Araz-Əlizadə  





Xəbər lenti