Nazirlik 15 nəfəri 4500 manat cərimələdi

Nazirlik 15 nəfəri 4500 manat cərimələdi
  31 May 2018    Oxunub:1446
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Oğuz və İsmayıllı rayonlarında keçirilən reyd zamanı ağac kömürü hazırlanması məqsədilə həyətyanı torpaq sahələrində quyuların qazıldığı və qanunsuz yolla əldə olunmuş meşə materiallarından istifadə edildiyi aşkar olunub.

Araşdırma zamanı quyuların Oğuz rayon sakinləri Ramin İsmayılov, Etibar Əzizov, İlqar Məhərrəmov, Yolçu Əzizov, Vaqif Rüstəmov, Eldar Rüstəmov, Əbdüləli Rüstəmov, Fərhad Səmədov, Rövşən Qazıyev, Rauf Hacıbabayev, Natiq Qasımov, Mehman Xeyirov, Şahin Xeyirov, Vüsal Əzizov və İsmayıllı rayon sakini Kamil Mürsəliyev tərəfindən yaradıldığı və meşə fonduna 1326.51 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt və protokollar tərtib olunub, qanun pozucuları ümumilikdə 4500 manat məbləğində cərimə edilib. Kömür quyularının ləğv edilməsi üçün torpaq mülkiyyətçilərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

AzVision.az


Teqlər: ETSN   Kömür  





Xəbər lenti