DİN narkotik əməliyyatı keçirdi - FOTO

DİN narkotik əməliyyatı keçirdi - FOTO
  02 İyun 2018    Oxunub:1304
Göygöl Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Mayın 31-də Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elşən Kərimov və Fərman Mirzəyev saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Elşən Kərimovun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman iki ədəd kibrit qutusunun içərisində 32 ədəd siqaret kağızına bükülü, ümumi çəkisi 4.278 qram, Fərman Mirzəyevin üzərindən isə bir ədəd siqaret kağızına bükülü 0.7 qram çəkidə narkotik maddə hesab olunan heroin aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı onlar narkotik maddə istifadəçisi olduqlarını etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.





AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti