Bakıda pulsuz ekspress marşrutu açılıb

Bakıda pulsuz ekspress marşrutu açılıb
  05 İyun 2018    Oxunub:1336
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar Bakıda keçirilən BMX velosipedi üzrə dünya çempionatı ilə əlaqədar Azneft meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edir.
MMC-dən AzVision.az-a verilən məlumata görə, vətəndaşlar 5-6 iyun tarixlərində saat 7:00-dan 15:50-dək, 7 iyun tarixində saat 8:00-dan 15:50-dək, 8-9 iyun tarixlərində isə saat 15:00-dan 00:40-dək “BakuBus” avtobuslarından istifadə edə bilərlər.

Azneft meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edən “BakuBus” avtobuslarından istifadə pulsuzdur.

AzVision.az


Teqlər: Bakubus  





Xəbər lenti