Zəlzələ məktəblərə də ziyan vurub? - Açıqlama

Zəlzələ məktəblərə də ziyan vurub? - Açıqlama
  06 İyun 2018    Oxunub:1207
Dünən axşam saatlarında Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində heç bir ümumi təhsil müəssisəsinə ciddi ziyan dəyməyib.
Zaqatala Rayon Təhsil Şöbəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir neçə məktəbin divarında xırda çatlar əmələ gəlib.

“Aşağı Tala kənd 3 və 5 nömrəli tam orta, Bəhmətli kənd tam orta və Əliabad qəsəbə 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərinin binalarında xırda çatlar yaranıb. Baş vermiş təbii fəlakət tədris prosesinə mane olmayıb, bütün məktəblərdə dərslər davam etdirilir. Şagirdlər təlimatlandırılıb, əgər zəlzələ təkrarlanarsa, nə etməli olduqları barədə məlumatlandırılıblar”, - deyə məlumatda qeyd edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Zəlzələ   Məktəb   Zaqatala  





Xəbər lenti