Göyçay körpüsünün bərpasına pul ayrıldı - Sərəncam

Göyçay körpüsünün bərpasına pul ayrıldı - Sərəncam
  07 İyun 2018    Oxunub:2152
Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, M-4 Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Sərəncam   Körpü  





Xəbər lenti