Qurumun mətbuat xidmətindən
AzVision.az-a verilən xəbərə görə, elektrik şəbəkələrinin normal iş rejimi təmin olunmaqla bayram günlərində RETSİ-lər və rayon (şəhər) Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil edilib, sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət gücləndirilib, elektrik şəbəkələrinin mal-material ehtiyacının ödənilməsi üçün zəruri tədbirlər görülüb.
Qeyd olunub ki, baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində “Azərişıq” ASC tərəfindən aparılması planlaşdırılan bütün işlər müvəqqəti olaraq dayandırılacaq.
AzVision.az