Bu il 846 əkiz, 33 üçəm doğulub

Bu il 846 əkiz, 33 üçəm doğulub
  14 İyun 2018    Oxunub:1205
Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44540 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 846-sı əkiz, 33-ü üçəmdir.
Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

AzVision.az


Teqlər: DSK   Əkiz   Üçəm  





Xəbər lenti