“Bu gün məktəblərdən çağırış olmayıb” - Baş həkim

“Bu gün məktəblərdən çağırış olmayıb” - Baş həkim
  14 İyun 2018    Oxunub:1288
Bakı məktəblərində “Son zəng” tədbirləri problemsiz başa çatıb.
Bu barədə AzVision.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

O bildirib ki, bu gün məktəb şagirdləri, müəllim, valideynlər tərəfindən çağırışlar qeyd alınmayıb. “Bu gün məktəblərdə hər hansı hadisənin baş verməsilə bağlı müraciət daxil olmayıb. Ümumiyyətlə, əvvəlki illərdən fərqli olaraq, son bir neçə ildə “Son zəng” tədbirləri məktəblərin özündə qısa müddətdə keçirilir və bu problemlər aradan qaldırılıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Son-zəng   Baş-Həkim  





Xəbər lenti