Hərbi hissələrdə bayram tədbirləri keçirilir

Hərbi hissələrdə bayram tədbirləri keçirilir
  26 İyun 2018    Oxunub:2056
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə tədbirlər keçirilir.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Qeyd edək ki, əlamətdar yubileylə əlaqədar hərbi hissələrdə konsertlər təşkil olunub, hərbçilərin yürüşləri keçirilib, valideynlərin iştirakı ilə əsgər yeməkxanalarında bayram süfrələri açılıb.

Milli Ordunun əsgərləri Heydər Əliyev mərkəzlərində Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş stendlərlə tanış olublar. Həmçinin “Azərpoçt” MMC tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı aksiya keçirilib. Aksiyanın ikinci mərhələsində iştirakçılar hərbi hissədə əsgərlərlə görüşüblər.

AzVision.az


Teqlər: MN   Ordu  





Xəbər lenti