Ölkəyə gətirilən siqaret və içkiyə məhdudiyyət qoyulur

Ölkəyə gətirilən siqaret və içkiyə məhdudiyyət qoyulur
  29 İyun 2018    Oxunub:3019
Azərbaycanda fərdi istehlak üçün ölkəyə gətirilən aksiz vergisindən azad olunan alkoqollu içkinin və siqaretin həcmi azaldılır.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, bu barədə Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, fiziki şəxsin fərdi istehlakı üçün ölkəyə gətirdiyi 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret aksiz vergisindən azaddır. Mövcud qanunvericiliyə görə, fiziki şəxslər idxal olunan 3 litr alkoqollu içki, 600 ədəd siqaretə görə aksizdən azad idilər.

Dəyişikliklə əlaqədar Vergi Məcəlləsinə 194.1.2-ci maddə əlavə edilir. Yeni maddəyə görə, aksiz markasının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

Aytən Zəhra
AzVision.az


Teqlər: Siqaret   İçki   Vergi  





Xəbər lenti