Ölkə üzrə enerji təminatı tam bərpa edilib

Ölkə üzrə enerji təminatı tam bərpa edilib
  04 İyul 2018    Oxunub:15901
Bu gün səhər saat 04:00-dan etibarən ölkə üzrə elektrik enerjisinin təhcizatı tam bərpa olunub.
Bu barədə AzVision.az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, fərdi qaydada kimdəsə elektrik enerjisi təchizatı yoxdursa, 199 Çağrı Mərkəzinə zəng etsin.

“Hazırda elektrik enerjisinin təminatı ilə bağlı problem yoxdur. Kimdəsə elektrik enerjisi yoxdursa, zəng etsin, əməkdaşlarımız gəlib baxsın”.

Qeyd edək ki, Mingəçevr İES-də baş vermiş qəza nəticəsində əhaliyə elektrik enerjisinin verilməsində problem yaranıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti