Şabranda qətl törədən şəxs tutuldu

Şabranda qətl törədən şəxs tutuldu
  10 İyul 2018    Oxunub:3750
İyulun 9-da saat 21 rarədlərində Şabran şəhər sakini Rəşid Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, bu barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində şəhər sakini Ağayəhya Abbasovun münaqişə zəminində ona bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

​Həkimlərin səyinə baxmayaraq R.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.
Görülmüş tədbirlərlə A.Abbasov saxlanılıb. ​Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti