MTRŞ ATV-yə xəbərdarlıq edib

  10 İyul 2018    Oxunub : 1992
MTRŞ ATV-yə xəbərdarlıq edib
Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Şuradan AzVision.az-a verilən məlumata görə, iclasda ATV telekanalı tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı müzakirə edilib.

ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan olunub.

AzVision.az

Teqlər: MTRŞ   ATV