Xəzərdə 31 yaşlı kişinin meyiti tapılıb

Xəzərdə 31 yaşlı kişinin meyiti tapılıb
  14 İyul 2018    Oxunub:3804
Xəzərdə batan 31 yaşlı kişinin meyiti tapılıb.
FHN-dən AzVision.az- a verilən məlumata görə, iyulun 13-də Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Məmmədov Ruslan Namiq oğlunun axtarışları başa çatıb.

R.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti