Təhsil Nazirliyinin kollegiyası müəyyənləşib

Təhsil Nazirliyinin kollegiyası müəyyənləşib
  21 İyul 2018    Oxunub:9395
Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən, Təhsil Nazirliyinin kollegiyasının sayı yeddi nəfərdən ibarət olacaq. Bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, təhsil naziri Ceyhun Bayramov kollegiyanın sədri təyin edilib. Təhsil nazirinin müavinləri – Firudin Qurbanov, Məhəbbət Vəliyeva, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Təhsil Nazirliyi Aparatının rəhbəri Muxtar Məmmədov, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini Yaqub Piriyev kollegiyanın üzvləri təyin olunublar.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Kollegiya  





Xəbər lenti