1400 metr yüksəklikdə yerləşən kənd - Lazadan FOTOREPORTAJ
50 əsrin şahidi olan daşa baxıb, şəklini lentə aldıqdan sonra yolumuzu kəndə doğru salırıq. Laza sıx ağaclar, dağlar, yaşıl don geyinmiş dərələr və soyuq bulaqlarla əhatə olunub. Bir sözlə, kənd füsunkar təbiətə malikdir. Bu səbəbdən Qəbələyə gələn həm yerli, həm də xarici turistlər Lazanı ziyarət edir, buranın qonaqpərvər sakinləri il həmsöhbət olurlar.
Kənddə olduğumuz zaman yeni məktəbin tikildiyini öyrəndik. Bundan öncəki məktəb yandığı üçün sıradan çıxıb. Hazırda onun yerində modul tipli məktəb qurulur. Kəndin balaca sakinləri sentyabrın 15-də yeni məktəbdə dərsə başlayacaqlar.
Lazanın digər özəlliklərindən biri Azərbaycanın ən hündür şəlalələrindən biri olan Mucuqa gedən yolda yerləşməsidir.
Anar Kəlbiyev
Foto: Elvin Abdulla
AzVision.az