Müdafiə naziri düşmənin mövqelərini izlədi - VİDEO+FOTOLAR

Müdafiə naziri düşmənin mövqelərini izlədi - VİDEO+FOTOLAR
  01 Avqust 2018    Oxunub:4211
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, müdafiə nazirinə ərazinin maketi üzərində əməliyyat şəraiti məruzə edilib. General-polkovnik Z.Həsənov bölmələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.

Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.Müdafiə naziri bölmələrdəki şəraitlə tanış olub, şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.



















AzVision.az



Teqlər: MN   Cəbhə   Düşmən  





Xəbər lenti