Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən
AzVision.az-a verilən məlumata görə, bu elanlarda nazirlik üzrə təqdim olunan, ümumilikdə, 703 vakant yerə iddia edənlər arasından 381 namizəd seçilib. Son üç ayda onlardan 205 nəfəri nazirliyin aparatında, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində və onların yerli struktur bölmələrində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul olunublar. Onlardan böyük əksəriyyətini gənclər təşkil edir.
Dövlət qulluğuna qəbulla bağlı müsabiqə və müsahibələrdə uğur qazanmış digər şəxslərin də nazirlik sistemində işə qəbulu prosesi davam etdirilir.
AzVision.az