Bakının mərkəzi küçələrini də texnikalar süpürəcək

Bakının mərkəzi küçələrini də texnikalar süpürəcək
  30 Avqust 2018    Oxunub:2498
Paytaxt yollarında təmizlik işlərinin aparılması üçün nisbətən kiçik həcmli və digər funksiyaları olan texnikalar Bakıya gətiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda yeni texnikaların alınması istiqamətində bir neçə şirkətlə danışıqlar aparılır:
“Onlardan biri də “MAN” şirkətidir. Bu şirkətin qeyd olunan sahə üzrə texnikaların istehsalında böyük təcrübəsi var. İlk partiyada gətirilən təmizlik texnikaları həcmcə böyük idi. Növbəti partiyada daha kiçik həcmli və digər funksiyaları olan küçə təmizləyən texnikalar gətiriləcək. Bu texniklar paytaxtın əsas küçə və prospektlərində təmizlik işlərinin aparılması üçün aidiyyatı üzrə veriləcək”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, paytaxt Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prossesində onların təhlükəsizliyinin təmin olunması ilə bağlı ölkə başçısının tapşırıqlarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanan kompleks tədbirlər çərçivəsində şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın “MAN” şirkətinin istehsalı olan 10-a yaxın texnika Bakıya gətirilərək təsərrüfatçılara verilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Bakı   Meriya   Texnika  





Xəbər lenti