250 karxananın fəaliyyəti dayandırılıb

  07 Sentyabr 2018    Oxunub : 1391
250 karxananın fəaliyyəti dayandırılıb
Aparılan tədbirlər nəticəsində 529 balıq gölünün və 585 daş və qum-çınqıl karxanasının dislokasiyası və elektron bazası yaradılıb.
AzVision.az Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) istinadən xəbər verir ki, bunu qurum yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət agentliyinin direktoru Mohuma Heraçiyev bildirib. Onun sözlərinə görə, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə aparılan tədbirlər nəticəsində 147 süni göldə və 250 karxanada torpaq qanunvericiliyinin tələblərinin pozulması halları aşkar olunaraq onların fəaliyyəti dayandırılıb.

O, qeyd edib ki, 228 balıq gölü və 127 karxanada baş verən qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, 25 balıq gölü və 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları üzə çıxdığından tərtib olunmuş sənədlər tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə göndərilib.

"Fəaliyyəti dayandırılan Abşeron yarımadasındakı daş karxanalar tərəfindən korlanmış torpaqların bərpası ilə bağlı Nazirlər Kabinetinə məktubla müraciət olunub, rayon icra hakimiyyəti nümayəndələri ilə görüşlər keçirilib. Həmin torpaqların xəritələşdirilməsi, rekultivasiya işləri aparılmaqla torpaqların bərpa edilməsi məqsədi ilə işçi qruplarının yaradılması razılaşdırılıb. Onu da qeyd edim ki, balıq göllərinin ləğv edilməsi nəticəsində 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılaraq kənd təsərrüfatı dövriyyəsinə daxil edilib".


AzVision.az

Teqlər: ƏMDK   Göl   Karxana