İlham Əliyev Masallıdan Biləsuvara gedib - Yenilənib

İlham Əliyev Masallıdan Biləsuvara gedib - Yenilənib
  18 Sentyabr 2018    Oxunub:2153
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonuna səfərə gəlib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev abidənin ətrafında aparılan abadlıq işləri və rayonda icra olunan layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi. Daha sonra Prezident İlham Əliyev Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.



Bildirildi ki, 20 mindən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun uzunluğu 15,4 kilometrdir. Üçüncü və dördüncü texniki dərəcəyə uyğun tikilən yol iki hərəkət zolaqlıdır. Yolun inşası zamanı 26,1 min kubmetr torpaq işləri görülüb, 11,6 min kubmetr tikinti materialından və asfalt-beton örtüyündən istifadə edilib. Yol boyunca nişanlar və göstərici lövhələr quraşdırılıb.



Qeyd edək ki, dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncama əsasən tikilən avtomobil yolu dörd yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

AzVision.az


Teqlər: İlham-Əliyev   Biləsuvar   Yol  





Xəbər lenti