Prezident bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarını dövlətimizin başçısına çatdırdı. O, tədbirdə şəxsən Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın tapşırığı ilə iştirak etdiyini dedi. Mərzuq Əli əl-Ğanim Bakıya birinci dəfə səfər etdiyini vurğulayaraq bildirdi ki, paytaxtımıza gəldiyi ilk andan şəhərdəki gözəllik və inkişaf onlarda böyük təəssürat yaradıb. O, əminliklə bildirdi ki, bu cür tədbirlər parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi, eyni zamanda, digər ölkələrin və xalqların Azərbaycanla daha da yaxınlaşması işinə xidmət edir. Küveytli qonaq Prezident İlham Əliyevə və Azərbaycan xalqına ən xoş arzularını çatdırdı. O, ölkəmizə məmnunluqla yenidən səfər edəcəklərinə ümidvar olduqlarını bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə fəal əməkdaşlıq həyata keçirdiyini və ölkəmizin dostlarının sayının gündən-günə artdığını vurğuladı.
Dövlətimizin başçısı Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Sonda xatirə şəkli çəkdirildi.
AzVision.az
Teqlər: Prezident İlham-Əliyev