Nazirliyin Mətbuat xidmətindən
AzVision.az-a verilən məlumata görə, reydlər zamanı Biləsuvar rayonunun Platina, Saatlı rayonunun Muğan ərazilərində, Uludüz və Ağzıbir Ovçuluq təsərrüfatlarında icazəsiz ova cəhd edən Cəlilabad rayon sakinləri Səfər Əhədov, Çingiz Əliyev, Qətər vətəndaşı Mohammed Khalaf Kaabi, Şamaxı rayon sakini Şahin Məmmədov, Siyəzən rayon sakini Fərid Vəliyev və Sumqayıt şəhər sakini Emil Əliyev saxlanılıb. Onlardan 6 ov tüfəngi götürülüb.
Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.
AzVision.az