Gömrükdə külli miqdarda dərman aşkar edildi

  10 Oktyabr 2018    Oxunub : 319
Gömrükdə külli miqdarda dərman aşkar edildi
Gömrükçülər xeyli miqdarda dərman preparatının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyasından gələn “Mercedes Benz V280” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.



Baxış zamanı Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin ön və arxa oturacaqlarının altında xüsusi hazırlanmış örtüyün arxasından, yük yerinin qapısının içərisindən və nəqliyyat vasitəsinin alt hissəsində olan boşluqlardan gömrük nəzarətindən gizlədilmiş “Reamberin 500 ml”, Sonapaks 25 ml”, “Sumatriptan 2 mg”, “Veroşpiron 100 mg”, “Veroşpiron 50 mg”, “Azotioprin 50 mg”, “Alfluton 1 ml”, “Mimpara 30 mg”, “Piroksikam 10 mg”, “Kaliya xlorid 40 ml”, “Proрусil 50 mg”, “Kley BF-6 10 mg”, Natriya xlorid 1 ml”, “Qonadotropin xorioniçeskiy 5000 ME”, “Qonadotropin xorioniceskiy 500 ME”, “Çerukal 5 ml”, “Metoklopramid 5 ml” markalı olmaqla, ümumilikdə 17 adda 31072 ədəd dərman preparatları və 850 ədəd dərman preparatlarına məxsus qablaşdırma vasitələri (boş qutular və boş plastik qablar) akşar olunub.

Faktla bağlı araşdırma aparılır.





AzVision.az

Teqlər: Gömrük   DGK   Dərman