Qəbələdə yanaraq ölən ərəb turist Azərbaycanda dəfn olunacaq

Qəbələdə yanaraq ölən ərəb turist Azərbaycanda dəfn olunacaq
  17 Oktyabr 2018    Oxunub:2612
Bir neçə gün əvvəl Qəbələdə kirayə yaşadığı evdə yanaraq ölən Suriya vətəndaşının cənazəsi ölkəsinə göndərilməyib.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 1995-ci il təvəllüdlü Alhamidi Arvan Azərbaycanda dəfn olunacaq.

“Ölən ərəbin meyiti ölkəsinə aparılmayıb. O, burada dəfn ediləcək”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində suriyalı ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qəbələ   Yanğın  





Xəbər lenti