Bakı-Bağdad reysi ləğv olunub

Bakı-Bağdad reysi ləğv olunub
  18 Oktyabr 2018    Oxunub:1210
Oktyabrın 18-də həyata keçirilməli olan Bağdad-Bakı-Bağdad aviareysi ləğv edilib.
Azvision Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Iraqi Airways” aviaşirkətinin saat 20:00-da “IA 421” saylı Bağdaddan Bakıya olan uçuşu ləğv olunub.

Aviareys ləğv edildiyindən “Iraqi Airways” aviaşirkətinin bu günə olan “IA 422” saylı Bakı-Bağdad reysi da ləğv olunub. Aviareyslər “Boeing B737-800” təyyarəsi ilə həyata keçirilməli idi.

Bağdad-Bakı-Bağdad aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Azvision


Teqlər: Bakı   Bağdad  





Xəbər lenti