Prezident İmişliyə pul ayırdı - Sərəncam

Prezident İmişliyə pul ayırdı - Sərəncam
  22 Oktyabr 2018    Oxunub:1207
Prezident İlham Əliyev İmişli şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, İmişli şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident   İmişli   Sərəncam  





Xəbər lenti