Metrodakı sıxlığın səbəbi açıqlandı

Metrodakı sıxlığın səbəbi açıqlandı
  24 Oktyabr 2018    Oxunub:2011
Bu gün səhər saatlarında Bakı metrosunda sıxlıq müşahidə edilib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az-a bildirib ki, qatarların hərəkətində gecikmə olmayıb.
Qurum rəsmisinin sözlərinə görə, sərnişinlərin qatarların qapısını saxlaması gecikmələrə səbəb olur.

"Qapıların saxlanması zamanı qatarların hərəkətində müəyyən gecikmə olur. Bu da qatarların intervalına təsir göstərir. Belə ki, digər qatarlar sürətini azaltmalı olur. Nəticədə sıxlıq yaranır", - deyə B.Məmmədov vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Metro   Qatar  





Xəbər lenti