420 minə yaxın vətəndaş aylıq sosial müavinət alır
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az-a verilən məlumata görə, “Sosial müavinətlər haqqında” qanuna əsasən, əlilliyə, yaşa və ailə başçısını itirməyə görə aylıq sosial müavinət verilir.
Bundan başqa, uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər isə birdəfəlik müavinətlə təmin olunurlar. Dəfn xərci kimi birdəfəlik müavinət, radiasiya qəzasının nəticəsində zərər çəkərək əlil olmuş insanlara hər il birdəfəlik müavinət ödənilir.
2018-ci ilin 9 ayında nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin olunanların sayı 69,8 min nəfər olub.
Azvision.az