Ramil Usubov səudiyyəli həmkarı ilə görüşüb

Ramil Usubov səudiyyəli həmkarı ilə görüşüb
  04 Noyabr 2018    Oxunub:1275
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, nazir Ramil Usubov onun dəvətini qəbul edərək Azərbaycana rəsmi səfərə gəldiyinə görə şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səuda təşəkkürünü bildirib, ölkələrimiz arasında son illər bütün sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.

Əbdüləziz bin Səud bin Nayif Al Səud dəvətə və yüksək qonaqpərvərliyə görə Ramil Usubova təşəkkür edib, bu səfərin əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə təhlükəsizlik sahəsində əlaqələrin mövcud vəziyyəti, prioritet istiqamətləri barədə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev də görüşdə iştirak edib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti