Ötən il 10-a yaxın məhbus vərəmdən ölüb
"Bu faiz getdikcə azalaraq Respublikada mövcud olan ölüm faizindən önəmli dərəcədə aşağıdır. Cəzaçəkmə müəssisələrində aparılan səmərəli metodların nəticəsində vərəmli xəstələrin, hətta ağır formalı vərəmli xəstələrin sayı və ölüm faizləri getdikcə azalır. Dərmanlara həssas olan vərəmli xəstələrin müalicəsinin effektivliyi 91-92% ətrafındadır. Dərmanlara davamlı vərəmli xəstələrin müalicə effektivliyi isə 83-85%-dir. Baxmayaraq ki, ÜST bu hədəfi 80% verir".
R.Mehdiyev bildirib ki, cəzaçəkmə müəssisəsində məhkumlar arasında vərəmə yoluxma halları kəskin şəkildə azalıb: "Vərəm adətən İİV, Hepatit və digər patologiyaları olan şəxslər arasında daha geniş yayılıb. Vərəmli məhkumların əksəriyyəti orta yaşlı insanlardır. Bizdə tək cəzaçəkmə müəssisələrində yox, istintaq təcridxanalarında da yeni yoluxma halları qeydə alınır. Hazırda cəzaçəkmə müəssisələrində olan vərəmli xəstələrdən 2 nəfəri qadındır. Müalicə mərkəzində vərəmlə yanaşı, digər xəstəlikləri üzrə müalicə alan şəxslərin sayı təxminən 300-ə yaxındır. Onlar arasında yeniyetmə yoxdur".
Aytən Zəhra
Azvision.az