Qəzzadan İsrail ərazisinə 200 raket atılıb - Yenilənib
***
İsrail ordusu Qəzza bölgəsində hava hücumlarına başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə İsrail tərəfi rəsmi açıqlama yayıb. Ordunun yaydığı məlumatda "qırıcı təyyarələrimiz Qəzzada terror hədəflərini vurur" deyə bildirilib.
Qeyd edək ki, Qəzzadan İsrailə 80 raket atılıb. Raketlərdən biri sərnişin avtobusuna dəyib. Nəticədə bir nəfər ağır xəsarət alıb. Buna qarşılıq olaraq, Qəzzaya aviazərbələr endirilir.
Azvision.az