Nazirlik: 500-ə yaxın məhkum elektron qolbaq daşıyır

 Nazirlik:  500-ə yaxın məhkum elektron qolbaq daşıyır
  13 Noyabr 2018    Oxunub:2184
Cinayət Məcəlləsinin dekriminallaşması nəticəsində yeni qanunun təsiri altına düşən 5.700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1.700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub
Azvision.az xəbər verir ki, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Şəki Apellyasiya Məhkəməsində bölgənin məhkəmə sədrləri və hakimlərinin iştirakı ilə keçirdiyi geniş müşavirədə bildirilib.

Qeyd olunub ki, azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum olunmuş 500 nəfərə yaxın şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir.

Azvision.az



Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti