AZAL Küveytə müntəzəm uçuşlara başlayır

AZAL Küveytə müntəzəm uçuşlara başlayır
  19 Noyabr 2018    Oxunub:1486
Dekabrın 22-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, J2-119/J2-120 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri, ekonom sinif və komfort-klub konfiqurasiyalı "Airbus A319" tipli təyyarələrlə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından reallaşdırılacaq.

Qeyd edək ki, AZAL indiyə qədər Küveyt istiqaməti üzrə uçuşları çarter proqramı əsasında yeriinə yetirirdi.

Azvision.az



Teqlər: AZAL   Bakı   Küveyt  





Xəbər lenti